Kanada yığması gənclər arasında hokkey üzrə dunya çempionu olub.
Oxu.Az xəbər verir ki, final qarşılaşmasında kanadalılar Rusiya yığmasını 4:3 hesabı ilə məğlub edib.
Oyunun başa çatmasına 10 dəqiqə qalmış Kanada 1:3 hesabı ilə uduzsa da, oyuna “qayıdıb”, ard-arda üç şayba vuraraq qələbə qazanıb.
Beləliklə, kanadalılar həmin yarışın qrup mərhələsində rusiyalılara biabırçi məğlubiyyətin (0:6) əvəzini çıxıb.
Qeyd edək ki, Kanadanın gənclərdən ibarət yığması tarixində 18-ci dəfə dünya çempionu olub.
CANADA WINS GOLD!!! 🇨🇦 🥇 @hc_wjc pic.twitter.com/vkQhz81tZ1
— IIHF (@IIHFHockey) 5 января 2020 г.