Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
Macarıstanın Eger şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı iki medalla başa vurub.
Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin komandasında Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanlı boksçu yarışlardan 4 illik kənarlaşdırıldı
- Azərbaycanın boks millisi Bakıdakı beynəlxalq turnirdə birinci yeri tutub
- Azərbaycan boksçuları beynəlxalq turnirdə bir qızıl və iki gümüş medal qazanıblar
- Qadın boksçumuz dünya çempionatına qələbə ilə start verib
- Azərbaycan boksçusu dünya çempionatında erməniyə qalib gəlib