Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda assosiasiya prezidenti koronavirusdan öldü - YENİLƏNİB
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanovun koronavirusdan öldüyü açıqlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi “Facebook” hesabında məlumat yerləşdirilib.
Qeyd edilib ki, X.Qurbanov eyni zamanda Akademiyanın “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.
12:34
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov ömrünün 70-ci ilində dünyasını dəyişib.
X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.
"Bədən Tərbiyəsi və İdman Akademiyası" teqi üzrə xəbərlər
- İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
- Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
- Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
- Ən gənc dağçımız: “Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam” - MÜSAHİBƏ + FOTO
- Bu gün İlham Zəkiyevin doğum günüdür
Rəylər