Okt
2013
12:31
44
5
15732
Virtual karabakh

Azərbaycanda Qolf Akademiyası açıldı – Foto

2 Okt, 2013
12:31
15732

Azərbaycanda Qolf Akademiyası açıldı – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anar Məmmədov: “Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir”

Oktyabr 2-də Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, açılışda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov, idmançılar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə qonaqlara akademiya haqqında geniş məlumat verilib.

Bildirilib ki, Akademiyanın binasının tikintisinə 2012-ci ilin aprelindən başlanılıb və ümumi sahəsi 2400 m2-dir. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunma otaqları, duş, iki qolf simulyator otağı və müştərilər üçün kafe fəaliyyət göstərir. Azərbaycan Qolf Federasiyası da qeyd olunan binada yerləşir.

Bununla yanaşı binanın inşası hazır olmayan zaman belə AQF fəaliyyət göstərib, Bakı məktəblərində SNAG keçirib və 1000 nəfər məktəbliyə qolf oynamağı öyrədib.

SNAG abreviaturası – “Start New At Golf” olaraq açılır və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

Mərasimdə çıxış edən AQF-nin prezidenti A.Məmmədov Qolf Akademiyasının açılışının bütün Azərbaycan üçün və ölkə idmanı üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb.

“Bir neçə gün öncə cənab Prezident İlham Əliyev Qubada, regionun ən böyük qolf meydançasının açılışında iştirak etmişdi. Bu gün isə biz Qolf Akademiyasının açılışında iştirak edirik. Bunlar Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların real nəticələridir. Bu islahatların bölgələri  də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin ikişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir. Milli Qolf Akademiyası isə peşəkar qolfçuların və qolf həvəskarlarının hazırlanması üzrə aparıcı mərkəz olacaq”, - deyə A. Məmmədov bildirib.

Akademiya ərazisinə 2 qolf simulyator daxildir. Sport Coach Systems şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Qolf sevənlər üçün bu simulyatorlar vasitəsilə 130 virtual qolf meydançasında qolf oynaya imkanı var və həmin qolf meydançalarının 28-i Avropa çempionatlarının keçirildiyi sahələrdir.

Qeyd olunan meydançalar içində Quba qolf sahəsidə var. Arzuedən burada duraraq Böyük Britaniyada və ya başqa ölkədəki, o cümlədən Qubadakı qolf meydançasında qolf oynaya bilər. Bu simulyatorlar təlim, tədris, test və qolf inventarının seçimi üçün ideal avadanlıqlardır.

Akademiyanın ərazisində həmçinin “Championship 8 hole mini golf”  konsepsiyasında dizayn edilmiş və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydan çası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Bundan başqa akademiyanın meydançası qolf oynamaq istəyənlər üçündə açıqdır.

Meydançanın ümumi sahəsi 14,000 m2-dir ki, onun 6,700 m2 Hollandiya istehsalı olan sintetik otla örtülüb. Ümumilikdə kompleksin dizaynını Hollandiyanın dünyaca məhşur “European Golf Group” şirkətihazırlayıb.  Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir. Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib. Yeni başlayanlar adətən təlimə məşq meydançasında başlayırlar və bundan sonra qolf meydançasında qolf oynaya bilərlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri