12 
May
2023
13:12
69
18
3670
Virtual karabakh

Qalmaqallı şahmatçı əsəbiləşib Bakıdakı turnirdə çıxışını yarımçıq dayandırdı

12 May, 2023
13:12
3670

Qalmaqallı şahmatçı əsəbiləşib Bakıdakı turnirdə çıxışını yarımçıq dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li şahmatçı Hans Niman “Baku Open 2023” beynəlxalq turnirini yarımçıq tərk edib.

Oxu.Az xəbər verir ki, o, medal şansını itirdiyi üçün bu addımı atıb.

Turnirin reytinq favoriti (2708) 8-ci turda ikinci dəfə məğlub olduqdan sonra əsəbiləşib yarışda iştirakdan imtina edib. Niman hazırda 4,5 xalla 37-ci pillədədir.

Qeyd edək ki, 19 yaşlı şahmatçı aralarında sabiq dünya çempionu Maqnus Karlsenin də olduğu bir qrup “iti zəka sahibi” tərəfindən “çiterlik” - oyunlar vaxtı kompüter texnologiyalarının köməyindən istifadə etməkdə ittiham olunur. Hətta norveçli qrosmeyster onunla oynamaqdan imtina edib. Bu hadisə dünya şahmatında böyük səs-küyə səbəb olub.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri