Cənubi Koreyanın futbol üzrə milli komandası mətbuat nümayəndələri ilə əlaqələri dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Buna səbəb açıq məşq zamanı baş vermiş arzuolunmaz insident olub: təsadüfən açıq qalan mikrofon komandanın kapitanı Son Hın Min barədə jurnalistlərin dediyi replikaları qeydə alıb.
Konkret olaraq, media nümayəndələri futbolçu qrupdan ayrı məşq edərkən onun məcburi hərbi xidmətdən azad edilməsini müzakirə ediblər.
Səs yazısı yayıldıqdan sonra Son Hın Min medianın suallarını cavablandırmaqdan imtina edib, federasiya isə nəzərdə tutulan bütün müsahibələri ləğv edib.
Nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri tabeliyində olan şəxslərə görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.
Qeyd edək ki, DÇ-2026-da qrup mərhələsinin ilk turunda Cənubi Koreya millisi Çexiyaya 2:1 hesabı ilə qalib gəlib. Qrup mərhələsinin digər oyunlarında Koreya komandası Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları ilə qarşılaşacaq.