Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Adrian Mutu: “Yaxşı məşq etməyə vaxt olmur”
“Fiziki baxımdan çətin oyun idi. Komandada yorğunluq var idi”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının II turunda “Səbail”lə matçdan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, 1:1 hesablı heç-heçə başa çatan oyunu belə şərh edib:
“Rəqib qapısı ağzında epizodları qola çevirə bilmirdik. Oyunların ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah da İstanbula yola düşəcəyik. Oradan qayıtdıqdan sonra da yenə oynamalıyıq. Matçlara hazırlaşmaq üçün vaxtımız olmur. Bizim üçün çətin perioddur”.
Rumıniyalı mütəxəssis bu görüşü təxirə salmaq üçün müraciət etmədiklərini deyib:
“Bu matçı təxirə salmaq üçün gec idi. “Beşiktaş”la ilk matçdan əvvəlkini təxirə salmaq lazım idi. Biz bunun üçün müraciət etmişdik. Yox cavabı verilmişdi. Biz tez-tez səfər matçları keçiririk. Çətin periodu keçəcəyik. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən yaxşı istifadə edəcəyik. Bir neçə həftə sonra komanda daha yaxşı olacaq. Məşqlər edib, necə deyərlər, çəni doldurmalıyıq ki, sonra bundan istifadə edə bilək”.
Baş məşqçi hücumçu Aaron Olanerenin artıq çəkisinin olmadığını bildirib:
“Onun bədən quruluşu belədir. Olanereni mühakimə etmək düzgün olmaz. Bizimlə cəmi üç məşq keçib. Sırf hücumçu kimi onu əvəzləyə biləcək oyunçumuz yox idi. Yeni transferləri gözləyirik. Onlar gəldikdən sonra daha güclü olacağıq”.
A.Mutu oyun ərzində Qara Qarayevlə çox danışmasını bu cür əsaslandırıb:
“Meydanda onun mövqeyinə düzəliş edirdim. Qara son zamanlar çox oynamayıb. O, meydanda olmalıdır ki, istədiyi ritmi əldə edə bilsin. Əlbəttə, ondan gözləntim çoxdur. Çox yaxşı oyunçudur. Eyni şeyi Emin Mahmudovdan da gözləyirəm. Eddi İsrafilov, Kilan Lebon zədəlidir. Görünür ki, komanda yaşxı təlim-məşq toplanışı keçməyib. Reallığı düzgün qəbul etməliyik. Bilirik ki, üzərimizdə işləməliyik. Söz verirəm ki, qarşıdan gələn periodda vaxt tapıb daha çox məşq edəcəyik və daha yaxşı oynayacağıq”.
Matçın sonlarında çox əsəbi olmasının səbəbini açıqlayıb:
“Ona görə əsəbi idim ki, məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla oynayanda da qalib gəlmək istəyirəm. Futbola çox həssas yanaşıram. Komandanın epizodlarda istifadə edə bilməməsi məni özümdən çıxarır. Futbolçular inamım böyükdür. İndikindən daha çoxunu edə bilərlər”.
Faiq Tahirov
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Azərbaycanlı məşqçi Hindistan klubundan gələn təklifi geri çevirib
- Azərbaycan Premyer Liqasının 13 turunda cəmi yeddi futbolçu bütün oyunlarda sonadək meydanda olub
- Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
Rəylər