UEFA-nın İntizam Komitəsi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Mladost” – “Neftçi” oyunu ilə bağlı qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, 1:1 hesabı ilə bitən oyundan sonra futbolçular arasında dava baş vermişdi. Qərara əsasən, “Neftçi”nin iki futbolçusu – Aylton Fereyra və Maksim Vaylo
3 oyunluq diskvalifikasiya ediliblər.
Xatırladaq ki, iki oyunun nəticəsinə görə “Mladost” Avropa Liqasının növbəti mərhələsinə keçib.