Azərbaycanın yay turizm mərkəzi olan Nabrana yol çəkilir.
Oxu.Az-ın Şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, ötən əsrin 70-ci illərində salınan yol istismar müddətini başa vurub.
Sakinlər yolun bərbad vəziyyətdə olması səbəbindən əraziyə gələn turist sayının xeyli azaldığını deyirlər.
Xudat-Nabran yolunda işlərə bir həftə öncə başlanılıb. İşlər 25 kilometrlik ərazidə aparılır. Asfalt qatı üç qat olaraq hesablanıb.
May ayının ortalarında tikinti işlərinin başa çatdırılması planlaşdırılır.
Tehran Orucoğlu