Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın bu kəndinə 70 mindən çox turist səfər edib - FOTO/VİDEO
Qusarın dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Ləzə kəndinə son yeddi-səkkiz ildə 70 mindən çox turist səfər edib.
Oxu.Az-ın Şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, kənd Azərbaycanda ən çox xarici qonağın gəldiyi turizm məkanıdır.
Şəlalələr diyarı kimi tanınan kənddə 10-dan çox dağ şəlaləsi axır. Dekabr ayının sonlarından mart ayına qədər donan təbiət möcüzələrini hər il yüzlərlə turist izləməyə gəlir.
Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4 242 metr hündürlükdə, Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 170 nəfərə yaxın əhali yaşayır. Cəmi 28 ev var. Əksər kənd sakinləri əkinçilik və maldarlıqla yanaşı, ev turizmi ilə məşğuldur. Kəndə gələn yerli və xarici qonaqlar müəyyən məbləğ ödəyərək kənddə gecələyir, milli mətbəx nümunələrindən də dadırlar.
Ləzəyə gəlmək istəyən turistlər üçün kənd sakinləri bələdçilər təklif edir. Dağlıq ərazilərdə çadır quraraq, aktiv istirahət etmək istəyənlər Ləzədə bu arzularını reallaşdıra bilərlər.
Tehran Orucoğlu
"Qusar rayonu" teqi üzrə xəbərlər
- Aviaqəzada həlak olan Əli Əlimirzəyev Qusarda dəfn olunub
- Təyyarə qəzasında həyatını itirən 19 yaşlı Xədicə Qusarda dəfn olundu
- Aktauda həlak olmuş 19 yaşlı Xədicənin FOTOSU
- Qusarlı bacı-qardaş da təyyarə qəzasında həlak olublar
- Qusarda İŞİD bayrağı ilə gəzən və polis tərəfindən məhv edilən şəxsin FOTOLARI
Rəylər