Qusar rayonunun Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscid əsaslı təmirdən sonra istifadəyə verilib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahala bənzədilən ikimərtəbəli tikili 1912-ci ildə tikilib.
Bərpa işləri zamanı binanın çöl divarları suvanıb, qapı və pəncərələr və dam örtüyü yenilənib. Qədim məscidin əvvəlki görünüşü tamamilə qorunub.
Hil kəndində hündür yerdə inşa olunan məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları müxtəlif ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.
Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.
Tehran Orucoğlu
Rəylər