25 
Avq
2020
16:41
126
70
5558
Virtual karabakh

AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət etdi

25 Avq, 2020
16:41
5558

AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

Bu gündən etibarən çəkisi 10 kiloqramdan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.

Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.

Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri