“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya elan edir. Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-ə kimi olan uçuşlara aviabilet alarkən aviabiletin qiyməti cəmi 149 avro təşkil edəcək.
Qiymətə bütün rüsum və yığımlar daxildir. Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu “Airbus A319” və “A320” laynerləri ilə həyata keçirilir. Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür.
“AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:
http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
“AZAL Miles” bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598 88 80; *8880
E-mail: callcenter@azal.az
U.A.
www.oxu.az