Azərbaycanın məşhur hotellərindən biri satışa çıxarılıb.
Naxçıvan Muxtar Respublikasında yerləşən və həm də müalicə mərkəzi kimi fəaliyyət göstərən “Duzdağ Hotel” hərrac yolu ilə satılacaq.
Oxu.Az bu barədə “Qafqazinfo”ya istinadən xəbər verir.
Hotel hərraca fevralın 1-də NMR-nın Auksion Mərkəzində çıxarılacaq. Obyektin hərracda start qiyməti 17 milyon manat müəyyənləşib.

U.A.
www.oxu.az