Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərinə birbaşa təyyarə reysləri fəaliyyətə başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.
Bildirilib ki, reyslər Türkiyənin "AJet" aviaşirkəti tərəfindən həyata keçiriləcək. Şirkət Ankara-Qahirə, İstanbul-Stokholm və İstanbul-Gəncə-Naxçıvan olmaqla üç yeni beynəlxalq marşrut açdığını elan edib.
"AJet"in türk dövlətləri istiqamətindəki yeni xətti olan İstanbul-Gəncə-Naxçıvan reysləri sabahdan etibarən fəaliyyətə başlayır. İstanbuldakı Sabiha Gökçen, Gəncə və Naxçıvan hava limanları arasında uçuşlar həftədə iki dəfə həyata keçiriləcək", - deyə məlumatda vurğulanıb.