Apr
2016
16:10
592
777
43816
Virtual karabakh

Şəhidlərimiz torpağa tapşırılır - YENİLƏNİB + FOTO

3 Apr, 2016
16:10
43816

Şəhidlərimiz torpağa tapşırılır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döyüşlərdə həlak olan Azərbaycan hərbçiləri dəfn olunublar.

Ötən gün cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Mehrəliyev Sarvan Natiq oğlu bu gün Ağdamın Üçoğlan kəndində dəfn olunub. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Xocalı sakini olan əsgərin dəfnində Müdafiə Nazirliyinin, Ağdam və Xocalı rayon İcra hakimiyyətlərinin rəsmiləri, kənd sakinləri iştirak ediblər.

13:50

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 Orxan Əliyev dəfn olunub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və şəhidin hərbçi yoldaşları iştirak edib. 

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu isə bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.

Şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.

11:07

Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan  Nurayev dəfn olunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri