26 
Sen
2018
14:57
297
48
10090
Virtual karabakh

Azərbaycan əfsanəvi “Amazon” zirehli maşınları ala bilər - FOTO

26 Sen, 2018
14:57
10090

Azərbaycan əfsanəvi “Amazon” zirehli maşınları ala bilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə Bakıda keçirilən “ADEX-2018” sərgisində zirehli maşınlar istehsal edən Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret A.Ş” şirkəti xüsusi fəallıq göstərir. 

Oxu.Az xəbər verir ki, BMC 1964-cü ildə “British Motor Corporation” şirkətinin Türkiyə filialı kimi fəaliyyətə başlayıb. 

Bakıdakı sərgidə BMC şirkəti modernləşdirilmiş əfsanəvi “Amazon”, eləcə də, “Kirpi” zirehli avtomobillərini nümayiş etdirib. 

“Amazon”un tam yüklənmiş halda çəkisi 12,5 tondur, yüksək manevrlilik qabiliyyəti olan pilotsuz şəxsi heyət daşıyıcısı yeddi nəfər üçün nəzərdə tutulub. 360 at gücü olan “Cummins ISB 360” dizel mühərrikindən və “Allison 3200 SP” avtomatik transmissiyasından istifadə olunub. 

Zirehli texnikanın digər üstünlükləri avtomatik yanğınsöndürmə sistemi, təkərlərin deşilmədən qorunma sistemi və videomüşahidə kameraları ilə təchiz olunmasıdır.

Şəxsi heyət daşıyıcısını açıq məkanda 5 km-ə qədər radiusda məsafəli şəkildə idarə etmək olur.

Eləcə də, Türkiyə şirkəti modernləşdirilmiş “Kirpi” zirehli avtomobillərini nümayiş etdirib. 

Bu zirehli avtomobilin tam yüklənmiş halda çəkisi 20 ton, şəxsi heyət daşıyıcısı 15 nəfərlikdir. 

Hazırda BMC şirkəti bu zirehli texnikanın buraxılışı ilə bağlı problemləri aradan qaldırıb. Türkiyə ordusu üçün 468, Türkiyə jandarmı üçün 200, Tunis üçün 40, Türkmənistan üçün isə 10 zirehli avtomobil hazırlayıb. 

Bundan başqa, şirkət “Kirpi” zirehli avtomobillərinin yeni sifarişlərini əldə edib. Türkiyə ordusu 329, Tunis 101, Qətər 40, Pakistan isə 100-dən çox avtomobil sifariş edib. 

Oxu.Az-ın müxbiri ilə söhbətində şirkətin beynəlxalq əlaqələr departamentinin direktoru Ahmet İnal deyib ki, “BMC Otomotiv” Türkiyədə zirehli maşın istehsalı və hazırlanması üzrə ən böyük müəssisə hesab edilir. 

“Hər iki zirehli texnika Türkiyə ordusunun silahlanmasına daxil edilib. Gözlənilir ki, bu avtomobillər qardaş Azərbaycan ordusunda da silahlanmaya veriləcək”, - direktor bildirib.

Ə.Ş.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri