10 
İyl
2019
00:18
43
419
4797
Virtual karabakh

Ermənilər Tovuzda dinc sakinləri atəşə tutdu - FOTO/VİDEO

10 İyl, 2019
00:18
4797

Ermənilər Tovuzda dinc sakinləri atəşə tutdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dinc sakinləri hədəf alıb, cəbhədə vəziyyəti daim gərgin saxlamaq istəyən Ermənistan ordusu yenidən təxribat törədib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, düşmənin hərbi qüvvələri Tovuzun Əlibəyli kəndində sakinlərə atəş açıblar.

Kənd sakini 35 yaşlı Rəşad Əliyev biçin sahəsində traktorla ot toplayan zaman Ermənistan ordusu tərəfindən davamlı atəşə tutulub.

Kənd camaatı bildirir ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri