10 
Sen
2019
11:24
293
38
3393
Virtual karabakh

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edəcəklər - FOTO/VİDEO

10 Sen, 2019
11:24
3393

Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edəcəklər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun hərbi qulluqçuları "Hohenfels" təlim mərkəzində keçiriləcək "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də, hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri