27 
Sen
2020
21:18
1473
98
28327
Virtual karabakh

Səfərbərlik Xidmətindən hərbi vəziyyətlə bağlı AÇIQLAMA

27 Sen, 2020
21:18
28327

Səfərbərlik Xidmətindən hərbi vəziyyətlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı tərəfindən ölkə ərazisində hərbi vəziyyət elan edilmişdir”.

Oxu.Az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə bildirib.

“Xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə hərbi vəziyyət səfərbərliyin elan olunması anlamına gəlmir.

Mövcud qanunvericiliyə əsasən, yəni Azərbaycanda “Səfərbərlik hazırlığı haqqında” qanuna əsasən səfərbərlik Azərbaycan Respublikası, iqtisadiyyatının yerli icra hakimiyyəti və özünü idarəetmə orqanlarının, idarə və təşkilatların xüsusi iş rejimində keçirilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir .

Yəni, bir daha vurğulamaq istəyirik ki, bu gün Azərbaycanda səfərbərlik yox, hərbi vəziyyət elan edilib. Nəzərinizə çatdırmaq istəyirik ki, səfərbərlik ölkəmizdə KİV-lərlə, radio, media və sosial şəbəkələr vasitəsi ilə elan ediləcək. Bu haqda bütün ictimaiyyət məlumatlandırılacaq. Zərurət yarandığı halda, yəni Azərbaycanda səfərbərlik elan edilərsə, bütün hərbi vəzifəlilər xidmətin yerli struktur bölmələrinə çağırılacaq, ölkənin müdafiəsinə və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərə cəlb ediləcklər.

Bir daha Azərbaycan ictimaiyyətinə öz təşəkkürümüzü bildiririk ki, bu günlərdə böyük ruh hissi ilə bizim xidmətə də müraciət edərək döyüş bölgəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi naminə döyüş əməliyyatlarında iştirak etmək üçün müraciət edirlər”, - deyə o qeyd edib.  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri