29 
Sen
2020
12:31
293
235
14626
Virtual karabakh

Erməni təcavüzü nəticəsində ölənlər və yaralananların sayı açıqlandı - RƏSMİ

29 Sen, 2020
12:31
14626

Erməni təcavüzü nəticəsində ölənlər və yaralananların sayı açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzə əl atıblar. Davam edən döyüşlər nəticəsində 10 mülki şəxs həlak olub”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

Onun sözlərinə görə, 30 nəfər yaralanıb:

“Ölən və yaralananlar arasında yeniyetmələr var”.

L.Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti təcavüzə atıb:

“Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, mülki əhalini və mülki infrastrukturu bilərək nişan alır və atəş açır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri