15 
Okt
2020
14:05
1123
114
18200
Virtual karabakh

Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

15 Okt, 2020
14:05
18200

Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağda separatçı quldur rejimin “rəhbəri” Araik Arutyunyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından qorxuya düşərək ərazini tərk edən mülki əhalini dayandırmaq üçün qadağalar tətbiq edib.

Bu barədə o, “Facebook” hesabında yazıb.

Separatçıların “rəhbəri” bölgədə tətbiq edilən hərbi rejimi bəhanə edərək çağırış yaşına çatmış şəxslərin Qarabağ ərazisindən çıxmasını qadağan edib.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun öz torpaqlarını müdafiəsi qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistan ölkə qanunlarına qarşı çıxaraq, son 1 ildə tərxis olunmuş çağırışçıları da hərbi xidmətə yenidən cəlb edib.

Eyni zamanda, işğalçı dövlət döyüşlərə artıq qocaları da məcburi cəlb edir.

Xatırladaq ki, sosial şəbəkədə mövqelərindən qaçmamaları üçün zəncirlənmiş erməni hərbçiləri, Xankəndinin tam olaraq boşalması barədə çoxlu görüntülər yayılıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri