20 
Dek
2020
11:30
1241
33
6270
Virtual karabakh

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız - FOTO

20 Dek, 2020
11:30
6270

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizdən biri də Abdullayev Nihat Adil oğludur.

Nihat Abdullayev 13 aprel 2002-ci ildə Ağstafa rayonunda anadan olub. 2008-ci ildə rayonun 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olub.

O, 2020-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdə 6 ayı tamam olan Nihat müzəffər Azərbaycan Ordusunun tərkibində döyüşlərə qatılıb.

O, cəbhədə gedən qızğın döyüşlərdə qəhrəmancasına iştirak edib. Nihat noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərdə yaralansa da, yenidən döyüşə qayıdıb və üç nəfər silah yoldaşına köməklik edib, komandirini xilas etməyə gedərkən minaya düşərək şəhid olub.

Qeyd edək ki, Nihat Abdullayevin əmisi də Birinci Qarabağ müharibəsində şəhid olub.

Nihat Abdullayev Noyabrın 11-də Ağstafa rayonunda dəfn olunub.

O, müharibədə göstəridiyi qəhrəmanlıqlara görə Preziden İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri