Antaliyanın Kəmər mahalında 20 tonluq qızıl külçə tapılıb.
Oxu.Az teleqraf.com-a istinadən xəbər verir ki, Antaliya valisi Münir Karaloğlu “Twitter” hesabından maraqlı bir paylaşım edib.
Vali mağara içərisində çəkilmiş qızıl külçə şəkillərini paylaşaraq “xəyallarda qızıl, gerçəkliklərdə gips” mesajını paylaşıb.
Xatırladaq ki, Antalya Mədəniyyət və Turizm İdarəsinin müdiri İbrahim Acar bir müddət əvvəl bəyan etmişdi ki, 20 ton qızıl külçə ilə bağlı rəsmi açıqlama Valilik tərəfindən ediləcək.
Antalya Kəmər Bələdiyyəsi başqanı Mustafa Gül isə bildirib ki, qazıntı işlərini bələdiyyə ekspertləri həyata keçirib. “İlk mərhələdə bizə qızıl olduğunu deyiblər. Ancaq son vəziyyətin nədən ibarət olduğunu bilmirəm”, – deyə bələdiyyə sədri bildirib.
A.M.
Rəylər