Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək
Almaniyanın Yenidənqurma və İnkişaf Bankı Gürcüstan ərazisində ilk yeraltı qaz anbarının tikintisi layihəsi üçün sərmayəçilərdən biri olacaq və bunun üçün 150 milyon avro kredit ayıracaq.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2021-ci ildə, Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstana nəql olunan təbii qazın həcminin xeyli artacağı vaxtda yekunlaşması gözlənilir.
Layihə ölkədə qaz istehlakı və tədarükü arasında mövcud qeyri-tarazlığın aradan qaldırılmasını təmin edəcək və qış aylarının pik dövründə tələbatı ödəyəcək. Layihənin icrası üçün ümumilikdə 250 milyon dollar lazımdır.
Avropa İnvestisiya Bankı bu məqsədlə Gürcüstana 100 milyon dollar kredit ayıracaq. Anbarın ehtimal olunan tutumu 280 milyon kub metrdir ki, bu da Gürcüstanın qaz tələbatının təxminən 15 faizi deməkdir.
Gürcüstan regionda qaz anbarı olmayan yeganə ölkədir. İllik 2,5 milyard kub metr təbii qaz ehtiyacı olan Gürcüstan tamamilə idxaldan asılıdır. Bu ölkəyə təbii qaz idxal edən əsas ölkə Azərbaycandır.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər