Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koçaryan seçkilərdə iştirakdan imtina etdi
Ermənistanın sabiq prezidenti Robert Koçaryan dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, Koçaryan “Bloomberg” agentliyinə müsahibəsində baş nazir vəzifəsini tutmaq niyyətində olmadığını bildirib:
“Hazırda buna imkan görmürəm və düzgün hesab etmirəm. Seçkilərdə iştirak etmək niyyətində deyiləm. Bu, məqsəd olmamalıdır”.
Koçaryan qeyd edib ki, əgər yeni hakimiyyət ölkəni əla idarə edəcəksə, onda tamamilə fərqli durum olacaq.
“Əgər biz vəziyyətin pisləşdiyini görsək, başqa durum olacaq. Və hətta onda bu boşluğu doldura, uğurla irəliləyə biləcək gənc, perspektivli siyasətçilər ortaya çıxsa, Tanrıya şükür. Bu gün ilk növbədə öz rolumu problemləri səsləndirməkdə görürəm”, - deyə o vurğulayıb.
Rəylər