UEFA Çempionlar Liqası (ÇL) turnirinin sosial şəbəkələrində "Sabah" futbol klubunun ÇL-nin əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı paylaşım edilib.
Oxu.Az xəbər verir, tarixində ilk dəfə Avropanın əsas turnirində çıxış etmək hüququ qazanan "Sabah"ın bu uğuru diqqətdən kənar qalmayıb.
Belə ki, turnirinin sosial şəbəkələrində "Sabah"ın debütantları Çempionlar Liqasında" yazılı paylaşım edilib.
Qeyd edək ki, "Sabah" ÇL-nin pley-off mərhələsinin cavab oyununda "Hapoel" (Beer-Şeva) 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən, turnirin əsas mərhələsinə adlayıb.