"Bu oyun o qədər də asan olmadı".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "Hapoel Beer-Şeva" klubunun baş məşqçisi Ran Kojuk deyib.
O bildirib ki, oyunçularının hazırlığı qaydasında olub:
"Bu oyuna tam hazırlıqlı idik. Futbolçularım kifayət qədər yaxşı performans göstərdilər. Şans məsələsi də bu oyuna təsir göstərdi. Biz davam etməli və daha da güclənməliyik. Mən düşünürəm ki, komandamız həmişə güclü olmağa davam edəcək. Nəticə, təbii ki, ürəkaçan deyil, amma dayanmaq lazım deyil. Daha yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Sabah" - "Hapoel Beer-Şeva" matçı təmsilçimizin 5:2 (ilk oyun - 1:2) hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Sabah" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.