Yan
2019
12:21
65
257
6530
Virtual karabakh

Ərəb qadınlar SMS yolu ilə boşanacaq

5 Yan, 2019
12:21
6530

Ərəb qadınlar SMS yolu ilə boşanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında qadınlar boşanma haqqında SMS-bildiriş yolu ilə məlumatlandırılacaq. Bundan əvvəl bir çox ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşanırdı. Habelə yanvarın 6-dan qüvvəyə minən müvafiq qanun artıq belə halların qarşısını almağa kömək olacaq.

Oxu.Az xəbər verir ki, bu haqda Bloomberg məlumat yayıb.

“Qanuna boşanma zamanı qadınların bütün hüquqlarının qorunacağına zəmanət verir”, - deyə hüquqşünas Nisrin əl-Həmdi bildirib.

Bu Vision 2030 proqramı çərçivəsində qadın hüquqlarının tədricən genişlənməsi istiqamətində atılmış növbəti addımdır, və şəxsən vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilir.

Daha əvvəl onun təşəbbüsü ilə Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə və idman yarışlarının keçirildiyi arenalarda tamaşaçı qismində iştirakına icazə verilib. Həmçinin son 35 ildə ilk dəfə olaraq qadınlar kinoteatrlara buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri