Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ad günündə onun yanında çox az sayda insanın olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, Peskov bu barədə "Vesti" telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində danışıb.
"Çox az adam, həqiqətən də, çox az", - deyə o vurğulayıb.
Peskovun sözlərinə görə, dövlət başçısı ad gününü iş başında keçirib və həmin gün təxminən 10 beynəlxalq telefon danışığı aparıb. Putinin doğmaları, yaxınları və dostları onu yalnız axşam saatlarında şəxsən təbrik edə biliblər.
Xatırladaq ki, Rusiya prezidenti oktyabrın 7-də doğum gününü qeyd edib və 74 yaşı tamam olub.