Ermənistan və Qətər hökumətləri arasında Dohada Ermənistan səfirliyinin açılması ilə bağlı razılaşma əldə olunub.
“Sputnik Armeniya”nın məlumatına görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında təsdiq olunub.
Məlumata əsasən, son illər Ermənistan və Qətər arasındakı münasibətlərin aktivləşməsi, ərəb ölkəsinin böyük investisiya imkanları və Qətər vətəndaşlarının turizm baxımından Ermənistana olan marağının artması bu qərarın qəbul olunmasına əsas zəmin olub.
İkitərəfli razılaşmaya əsasən, Dohadakı erməni səfirliyinin saxlanılmasına 192,5 min dollar sərf olunacaq. Həmin məbləğdən 110 min dollarını Qətər üç il ərzində ödəməyi öhdəsinə götürüb.
Qətər hökuməti səfirlik və səfirin iqamətgahı üçün yer, həmçinin, iki xidməti maşın ayıracaq.
Rəylər