ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərməyə hazırlaşmır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.
“Səudiyyə Ərəbistanına 12 min əsgər göndərəcəyimizə dair hekayələr yalandır. Daha dəqiq desək, bunlar saxta xəbərlərdir”, - Tramp bildirib.
Xatırladaq ki, “Fox News” telekanalı ABŞ-ın İranla mübarizə üçün Yaxın Şərqə əlavə ordu göndərə biləcəyini qeyd etmişdi.
Rəylər