28 
Yan
2020
00:42
13
295
7515
Virtual karabakh

Türkiyədə koronavirus yoluxması şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib

28 Yan, 2020
00:42
7515

Türkiyədə koronavirus yoluxması şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə koronavirusa yoluxma şübhəsi var. Aksaray vilayətinin Sultanhanı rayonunda 12 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan doqquz nəfər Çin, üç nəfər isə Türkiyə vətəndaşıdır.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə Sultanhanı rayonundakı Duz Gölü təbii qaz anbarında çalışan iki Çin vətəndaşı başgicəllənmə, ürəkbulanma və qusmadan şikayət edib. Onların beş gün öncə Çindən Aksaraya gəlməsi müəyyən edilib. Həmin iki nəfərə birlikdə Türkiyəyə gələn digər Çin vətəndaşları da xəstəxanaya yerləşdiriliblər. 

Bundan başqa, oxşar şikayətləri olan üç Türkiyə vətəndaşı da nəzarət altındadır. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri