Rusiyanın Müdafiə Nazirliyi Amur vilayəti ərazisində hərbi təyyarənin qəzaya uğraması faktı ilə bağlı rəsmi açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, "Tu-95" markalı təyyarə təlim-məşq tapşırığını yerinə yetirərkən yaşayış olmayan ərazidə yerə çırpılıb.
Bildirilir ki, uçuş zamanı təyyarənin göyərtəsində heç bir döyüş sursatı olmayıb. Hadisə nəticəsində heyətin altı üzvü dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.
Rusiyanın Amur vilayətində baş verən təyyarə qəzası nəticəsində altı ekipaj üzvü həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Təyyarənin göyərtəsində ümumilikdə yeddi nəfər olub. Məlumata görə, altı ekipaj üzvü ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, qəzaya uğrayan təyyarə "Ukrainka" aviasiya qrupuna aiddir.