11 
Sen
2020
08:48
23
99
5478
Virtual karabakh

Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi - FOTO

11 Sen, 2020
08:48
5478

Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkə istifadəçisi internetdə öz əllərinin şəklini paylaşaraq, barmaq izinin olmadığını göstərib. Onun bu paylaşımı çoxları tərəfindən maraqla qarşılanıb.

Lenta.ru-nun məlumatına görə, “Jgmanfour” ləqəbli istifadəçi müzakirəni “Reddit”də aparıb.

O, barmaq izinin olmamasının çətinliklərindən danışarkən gündəlik həyatda əşyaların tez-tez əlindən sürüşməsindən şikayətlənib.

İstifadəçilərdən biri barmaq izlərinin olmaması halının mümkünlüyünü deyib. Onun sözlərinə görə, bu, məsələn, şiddətli ekzemadan qaynaqlana bilər.

“Mənim başıma belə bir iş gəlib. Bir dəfə Türkiyəyə gedərkən nəzarətdən keçməli və barmaq izimi qoymalı idim. Bu əsl fiyasko idi! Məni ölkəyə buraxmağa çətinliklə razılaşdılar”, - deyə başqa bir istifadəçi başına gələnləri bölüşüb.

Eyni zamanda, bir çoxları bu halın “üstünlüklərindən” danışıblar: Belə ki, o, cinayət törədə bilər və barmaq izi səbəbi ilə tutula bilməz. İstifadəçilərin bəziləri “Jgmanfour”a hətta zarafatla “iş” də təklif ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri