18 
Dek
2021
08:02
25
192
3215
Virtual karabakh

“Böyük şəhərdə seks” filminin ulduzu iki qadına təcavüzdə ittiham olunur

18 Dek, 2021
08:02
3215

“Böyük şəhərdə seks” filminin ulduzu iki qadına təcavüzdə ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük şəhərdə seks” filminin ulduzu Kris not təcavüzdə ittiham olunur.

Üstəlik məşhur aktyor sözügedən ittihamla bir deyil, iki nəfər tərəfindən ittiham edilib. Belə ki, qadınlardan biri aktyorun 2015-ci ildə birlikdə şam etdikdən sonra evində ona təcavüz etdiyini bildirib. Digər qadına qarşı isə aktyorun 2004-cü ildə  seksual zorakılıq xarakterli hərəkətlər etdiyi iddia olunub.

Artıq məsələyə Kris Notun özü də münasibət bildirib. O, iddiaları təkzib edərək qadınları intim yaxınlığa məcbur etmədiyini söyləyib.

Mənbə: The Hollywood Reporter

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri