18 
Okt
2022
01:49
873
376
20495
Virtual karabakh

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı: Ölən və yaralananların sayı artdı – YENİLƏNİB + VİDEO

18 Okt, 2022
01:49
20495

Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı: Ölən və yaralananların sayı artdı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeyskdə Su-34 təyyarəsinin yaşayış binasının həyətinə düşməsi nəticəsində 6 nəfər ölüb, 19 nəfər yaralanıb, daha 6 nəfər isə itkin düşüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova hadisə yerində məlumat verilib.

“6 nəfər ölüb, ikisi uşaq olmaqla 19 nəfər yaralanıb”, - Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin sözçüsü bildirib.

Onun sözlərinə görə, binanın 6 sakininin taleyi hələ də naməlum qalır. Hərçənd hələlik bütün mənzillərə baxış keçirilməyib.

00:29

Yeyskdə Su-34-ün yaşayış binası üzərində qəzaya uğraması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikovun sözlərinə görə, hadisə nəticəsində 25 nəfər zərərçəkmiş qeydə alınıb.

Ştrikov ölənlər arasında uşaqların olmadığını vurğulayıb.

22:32

Rusiyada Su-34-ün hündürmərtəbəli binaya çırpılması nəticəsində 3 nəfər həlak olub.

Hadisə nəticəsində yaralananların sayı 19 nəfərə çatıb.

Onlardan üçünün 8-10 yaşlarında uşaqlar olduğu bildirilib.

Qeyd olunub ki, biri uşaq olmaqla, ümumilikdə 8 nəfərin vəziyyətini ağır olaraq qiymətləndirilir. Rusiya Fövqəladə Hallar Nazirliyi insidentdə zərərçəkənlərin sayının 21 nəfər öldüyünü təsdiqləyib.

21:20

Rusiyada Yeysk şəhərində Su-34 qırıcısının yaşayış binasına çırpılması nəticəsində ölən və yaralananların sayı artıb.

Son məlumatlara görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzadan sonra binadakı 17 mənzilə ziyan dəyib.

20:27

Yeyskdə təyyarə qəzası nəticəsində azı bir nəfər ölüb.

Daha üç nəfər, o cümlədən uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki pilotun katapult etdiyi və sağ qaldıqları bildirilib. Hazırda qırıcının çırpıldığı ərazidə yanğının sahəsi 2000 kvadratmetrdir.

Qəza yerində yardım məntəqəsi yaradılıb.

19:55

Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb. Binada güclü yanğın baş verib.

Məlumata görə, hadisə Yeysk şəhərində qeydə alınıb. Qəza nəticəsində 15 mənzilə ziyan dəyib.

Kadrlarda pilotun katapult etdiyi görünür.

Artıq Rusiya Müdafiə Nazirliyi Yeyskdə Su-34-ün qəzaya uğramasını təsdiqləyib. Nazirlikdən bildirilib ki, təyyarə təlim uçuşu zamanı havaya qalxarkən qəzaya uğrayıb. Hadisəyə səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub.

Qeyd edək ki, Yeysk aerodromunda 959-cu bombardmançı alay yerləşir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri