Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun meyiti batdığı ərazidən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb ediliblər.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
İsmayıllı sakini kanalda boğulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, boğulan 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov İsmayıllı rayonu, Qubaxəlilli kənd sakinidir.
O, Şirvan kanalının Qubaxəlilli kəndi ilə Kürdəmirin birləşən hissəsində batıb.
R.Məhərrəmovun axtarışları davam etdirilir.
Aqil Vəlili