“Qəzza zolağının Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə noyabrın 2-də anklavı tərk edə biləcək təxminən 600 nəfərdən neçəsinin azərbaycanlı olduğu məlum olub”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, həmin şəxslərdən səkkiz nəfər azərbaycanlıdır.
13:06
Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib.
Məlumata görə, faylda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları var.
Qeyd edək ki, siyahıya Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da daxildirlər.
Mənbə: TASS
İlhamə Əbülfət
Rəylər