Dek
2023
05:56
79
40
957
Virtual karabakh

Almaniyada bir il ərzində sığınacaq istəyənlərin sayı 60 faiz artıb

8 Dek, 2023
05:56
957

Almaniyada bir il ərzində sığınacaq istəyənlərin sayı 60 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-noyabr aylarında Almaniyaya 325 mindən çox sığınacaq müraciəti edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artım deməkdir.

Bu barədə yerli KİV məlumat yayıb.

Müraciətlərin əksəriyyəti Suriya (97,2 min), Türkiyə (56,7 min), Əfqanıstan (50,3 min), İraq (11,5 min) və İran (9,7 min) vətəndaşlarından olub. Eyni zamanda, almanların əksəriyyəti müsəlman ölkələrindən olan mühacirlərin ölkəyə qəbulunun dayandırılmasının tərəfdarıdır.

Həmçinin, sığınacaq üçün Gürcüstan (8,9 min) və Rusiya (8,4 min) vətəndaşlarından müraciətlər daxil olub.

Hazırda Almaniya hakimiyyəti miqrasiya axınının məhdudlaşdırılması imkanlarını fəal şəkildə müzakirə edir. Berlin hər gün qaçqınlara 1,5 milyon avrodan çox pul xərcləyir.

Qeyd edək ki, Almaniya miqrantların sayında son həddə çatdığını bəyan edib.

Mənbə: Der Spiegel

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri