Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yasamalda iki avtomobil toqquşub: Xəsarət alanlar var
Bu gecə Bakının Abbas Mirzə Şərifzadə küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
"Hadisə noyabrın 21-də saat saat 23:41-də A.M.Şərifzadə küçəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı "Opel" markalı 77-GZ-548 dövlət nömrə nişanlı avtomobillə "Mercedes-Benz" markalı 99-MB-400 dövlət nömrə nişanlı maşın toqquşub.
Xəsarət alanlar var. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
- Şamaxıda minik avtomobili yük maşını ilə toqquşdu: Ölənlər var
- Astarada kişini maşın vurub öldürdü