Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Üçü uşaq olmaqla bir ailənin üzvləri ağır qəzaya düşdülər: Ölən və xəsarət alanlar var
Neftçala rayonunda minik avtomobili və motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Report"un məlumatına görə, hadisə rayonun sənaye məhəlləsinin yaxınlığından keçən Salyan - Neftçala avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Changan" markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində qoşqulu motosikletin sürücüsü, Bankə qəsəbə sakini 1960-cı il təvəllüdlü Ağasəf Paşa oğlu Mirzəyev, eyni qəsəbənin sakinləri olan sərnişinlər - 1986-cı il təvəllüdlü Günel Ağasəf qızı İbrahimova, onun övladları, 2010-cu il təvəllüdlü Natiq Fuad oğlu İbrahimov, 2010-cu il təvəllüdlü Yəhya Fuad oğlu İbrahimov, 2008-ci il təvəllüdlü Ləman Fuad qızı İbrahimova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, uşaqların babası olan Ağasəf Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Binəqədidə yük avtomobili aşıb yolu bağladı
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- Beyləqanda baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU
- Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xilasedici köməyinə ehtiyac yaranıb
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO