Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əli Əsədov: "Tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir"
"Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb (artım 8.2%). Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.
Baş nazir deyib ki, hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilib:
"Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb (artım 10.3%). 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb. Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başlayıb. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır".
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı