Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb
2024-cü ildə ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlanıb.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, il ərzində dövlət tibb müəssisələrinə 5 milyon 236 min 400 nəfər şəxs 24 milyondan çox müraciət edib. Müraciətlərin 56 faizi rayonların, 44 faizi isə Bakının payına düşüb.
Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83 656,5 min təşkil edib. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı
Ən çox oxunanlar