Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir
"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanını tərk edə bilər.
Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanındakı karyerasından sonra "Real Madrid"ə keçmək arzusundadır.
Neymar yaxşı münasibətdə olduğu Vinisius Junior və Kilian Mbappe ilə eyni komandada oynamaq istəyir.
Xatırladaq ki, 32 yaşlı vinger bu mövsüm cəmi iki oyunda meydana çıxıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin avqustunda "Əl-Hilal"a keçib. Futbolçunun hazırkı klubu ilə əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" internet portalında verilən məlumata görə, 32 yaşlı hücumçunun bazar dəyəri 30 milyon avrodur.
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
- "Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər
- Kilian Mbappe debüt mövsümündə 29 qol vuran ilk fransalı oldu
- "Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub
- "Qızıl top" mükafatının yeni sahibi kim olacaq?