Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AFFA-dan Vitali Kovalyova vəzifə verilməsi xəbərinə REAKSİYA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Sabah" klubundan ayrılan Vitali Kovalyova qurumda vəzifə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Oxu.Az-a açıqlama verən AFFA-nın Mətbuat Xidmətinin rəisi Elnur Məmmədli xəbərlərin doğru olmadığını deyib.
"Vitali Kovalyovun AFFA-da qapıçıların baş təlimatçısı təyin olunması doğru xəbər deyil. Kovalyov hazırda federasiyada heç bir vəzifədə çalışmır", - deyə E.Məmmədli bildirib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq
- AFFA yenidən "Turan Tovuz" klubunu cəzalandırdı
- "Səbail"in futbolçusu hakimi təhqir etdi - Klub 3000 manat cərimələndi
- Fernandu Santuş: "Sırf qələbə qazanmaq istəsəydik, Monqolustanı dəvət edərdik"
Ən çox oxunanlar