Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda avtobuslar gecə saatlarına kimi İŞLƏYƏCƏK
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ictimai nəqliyyatın hərəkət qrafikinə dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobusların hərəkət qrafilki saat 01:30-a kimi uzadılıb.
"Qeyd edək ki, xətlər üzrə avtobusların sayı da artırılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar