Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azər Baxşəliyevin böyrək əməliyyatı gecikdirilib?
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı səsləndirilən iddialara cavab verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.
"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə A.Baxşəliyevin böyrək əməliyyatının gecikdirilməsi ilə bağlı iddialar yer alıb.
Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.

Aləmdə Nəsib
"Azər Baxşəliyev" teqi üzrə xəbərlər
- Azər Baxşəliyevin qızına avtomobil hədiyyə olundu
- Azər Baxşəliyevin yoldaşı aktyorun ölümündən sonra ilk dəfə DANIŞDI
- Azər Baxşəliyevin son görüntüləri yayıldı
- İlkin Həsəni: "Azərə donor tapılmışdı, uzandı, sonra imtina gəldi"
- Aktyor Azər Baxşəliyevin xanımı: "Onunla bağlı ancaq pozitiv şeylər paylaşın"