Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlkin Həsəni: "Azərə donor tapılmışdı, uzandı, sonra imtina gəldi"
"Ötən gün vəfat edən Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılmışdı".
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri verilişlərin birinə qonaq olan televiziya aparıcısı İlkin Həsəni deyib.
O bildirib ki, Azəri sevən tamaşaçılardan biri təmənnasız donor olmaq istəyirdi:
"Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Azəri bir az da bu olay sarsıtdı".
Qeyd edək ki, mərhum aktyor böyrək çatışmazlığından əziyyət çəkib.
Ətraflı süjetdə:
"Azər Baxşəliyev" teqi üzrə xəbərlər
- Azər Baxşəliyevin böyrək əməliyyatı gecikdirilib?
- Aktyor Azər Baxşəliyevin xanımı: "Onunla bağlı ancaq pozitiv şeylər paylaşın"
- Aktyor Azər Baxşəliyevin son səs yazısı YAYILDI
- Azər Baxşəliyevin xanımından təsirli paylaşım: "Gedəcəyəm yanına, könlümüz açılsın deyə"
- Ramil Babayev: "Azər yaşca bizdən kiçik olsa da, ən ağsaqqal o idi"
Rəylər