Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![İspaniya Kuboku: Arda Güler dubl etdi, "Real Madrid" mərhələ adladı](https://images.oxu.az/2025/01/06/N90HWyDEJzz5NiCkG5sQnu2TxgeS1i34FTrBOt6B:1200.jpg)
İspaniya Kuboku: Arda Güler dubl etdi, "Real Madrid" mərhələ adladı
İspaniya Kral Kubokunun 1/16 final mərhələsində "Real Madrid" aşağı liqa təmsilçisi "Minera" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç Kartaxenadakı "Kartaqonova" stadionunda baş tutub.
Gözlənildiyi kimi, paytaxt təmsilçisi meydan sahiblərinə şans verməyib - 0:5. Türkiyəli gənc ulduz Arda Güler oyunda dublla fərqlənib. Fasilə zamanı "Minera"nın futbolçularından biri ona yaxınlaşaraq əynindəki formasını alıb.
Beləliklə də, Ançelottinin yetirmələri İspaniya Kral Kubokunun 1/8 final mərhələsinə çətinlik çəkmədən vəsiqə qazanıblar. Onlarla yanaşı "Barselona", "Atletiko Madrid" və "Real Sosyedad" da növbəti mərhələyə adlarını yazdırıblar. "Sevilya" isə "Almeriya"ya uduzaraq turniri tərk edib.
Bu gün İspaniya Kubokunun 1/16 final mərhələsində "Real Madrid" klubu "Deportivo"nun qonağı olacaq.
Oxu.Az xəbər verir ki, cütün qalibi 1/8 final mərhələsində "Atletik Bilbao"nun rəqibi olacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
6 yanvar
İspaniya Kuboku
Saat 22:00, "Deportivo" - "Real Madrid".
"Real Madrid FK" teqi üzrə xəbərlər
- Çempionlar Liqası: "Mançester Siti" - "Real Madrid" oyununda 5 qol vuruldu
- Ançelotti: "Mançester Siti"nin nəticələri məni təəccübləndirir"
- Joze Mourinyo 13 illik seriyasını "Fənərbağça" ilə təkrarladı
- Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar?
- UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə dörd görüşlə start veriləcək
Rəylər